“Uraloçka” millimizi darda qoymadı
23.12.2013 - 11:21
“Uraloçka” millimizi darda qoymadı
Rusiyanın “Uraloçka” klubu yenidən Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Yekaterinburg təmsilçisi paytaxtımıza Azərbaycan Voleybol Federasiyasının dəvəti ilə təşrif buyurub.

Belə ki, dünya çempionatının seçmə mərhələsinə hazırlıq keçən yığmamız təlim-məşq toplanışı ərəfəsində əfsanəvi Nikolay Karpolun yetirmələri ilə bir neçə yoldaşlıq görüşü keçirəcək. Həmişə lazım olan anda Bakıda peyda olan “Uraloçka”nın yeni ilə də Bakıda qədəm qoyması istisna deyil.

Qeyd edək ki, “Uraloçka” CEV kubokunda “Azərreyl”in rəqibidir.