Bakı klubu göndərdi, “Trabzon” müqavilə bağladı
23.12.2013 - 11:28
Bakı klubu göndərdi, “Trabzon” müqavilə bağladı
“Lokomotiv”dən ayrılan Gizem Giraygil özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı toppaylayıcı karyerasını vətənində davam etdirəcək.

Belə ki, Bakı klubunda özünü göstərə bilməyən və az öncə bu səbəbdən müqaviləni qarşılıqlı şəkildə pozan Giraygil “Trabzon İdman Ocağı” ilə anlaşıb. Türkiyə II liqasının B qrupunda mübarizə aparan komanda ilə mövsümün sonuna kimi razılıq əldə olunub.

“Lokomotiv”in sabiq voleybolçusu yeni komandasına II dövrədən qoşulacaq.

Qeyd edək ki, “Trabzon İdman Ocağı” 10 turdan sonra eyni sayda qələbə ilə qrupunda liderdir.