Amerikalı Bakı klubundan ayrıldı - FOTO
24.12.2013 - 11:28
Amerikalı Bakı klubundan ayrıldı - FOTO
Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq “İqtisadçı” bir voleybolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, universitet komandası mövsümün əvvəlində transfer etdiyi Ariel Uilsonla müqaviləni qarşılıqlı şəkildə pozub.

Nəticədə ötən il “Azərreyl”də oynayan amerikalı blokçu vətəninə dönüb.

Qeyd edək ki, Uilsondan öncə Valentina Serena ilə vidalaşmağı planlaşdıran “İqtisadçı” italiyalını hələ heyətində saxlamağı lazım bilib.