Yığmamız üçün Estoniya nümunəsi
24.12.2013 - 11:39
Yığmamız üçün Estoniya nümunəsi
Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Estoniya millisi hazırlıq planını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi yanvarın 3-5-də Bakıda keçiriləcək III təsnifat mərhələsinin məşqlərinə Milad bayramından dərhal sonra başlayacaq.

Onlar Faiq Qarayevin yetirmələrindən fərqli, hansısa ortabab klubla ilə deyil, bizim kimi mundiala vəsiqə uğrunda mübarizə aparacaq Belarus millisi ilə birgə təlim-məşq toplanışı keçəcəklər. Komandalar arasında 3 sınaq görüşünün də baş tutacağı dəqiqləşib. Estonlar dekabrın 26-28-i aralığında Belarus voleybolçuları ilə 3 yoldaşlı oyununda güclərini yoxlayacaqlar. Matçlar Tallinndə olacaq.

Qeyd edək ki, Estoniya millisindən fərqli, Azərbaycan yığması artıq əvvəlki adından əsər-əlamət qalmayan “Uraloçka” ilə birgə hazırlaşır.