“Lokomotiv”in voleybolçusu Bolqarıstana gedir
24.12.2013 - 12:01
“Lokomotiv”in voleybolçusu Bolqarıstana gedir
Qadın voleybolçular arasında Belarus millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Viktor Qonçarov dünya çempionatının III təsnifat mərhələsi üçün müəyyənləşdirdiyi heyətə Azərbaycan Super Liqasından da oyunçu çağırıb.

Belə ki, təcrübəli mütəxəssis açıqladığı “14-lüyə” “Lokomotiv”dən Vera Klimoviçin adını daxil edib. Onun yanvarın 3-5-də Bolqarıstanda baş tutacaq qrup mərhələsinə aparılacağı da dəqiqləşib.

Qeyd edək ki, Belarus millisi ilə mundiala vəsiqə uğrunda Bolqarıstan, Çexiya və Slovakiya ilə mübarizə aparacaq.