Yığmamız yoxlama oyunlarına qələbə ilə başladı
25.12.2013 - 09:35
Dünya çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komandası Bakıda qonaq olan Rusiyanın “Uraloçka” klubu ilə qarşılaşıb.
Komandamızın heyətində Odina Əliyevanın hərarəti olduğu üçün meydana çıxmayıb. Ruslara qarşı əsasən Yana Ağayeva, Oksana Parxomenko, Natalya Məmmədova, Polina Rəhimova, Natəvan Qasımova, Ayşən Əbduləzimova və Ceyran Əliyeva mübarizə aparıblar. Görüş yığmamızın 2:1 (31:29, 25:21, 24:26) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimizin “Uraloçka” ilə bu gün də oyunu nəzərdə tutulub.

0
0