“Azərbaycan yığmasını öz meydanlarında məğlub etmək çox çətindir”
25.12.2013 - 14:30
“Azərbaycan yığmasını öz meydanlarında məğlub etmək çox çətindir”
“Bizim dünya çempionatının seçmə mərhələsinə hazırlaşmağımız üçün cəmi 10 gün vaxtımız var. Bu hazırlıq dövrü çox qısadır. Lakin qızları yaxşı tanıdığımdan ümid edirəm ki, biz lazımı formada Bakıya yollana biləcəyik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Serbiya millisinin baş məşqçisi Zoran Terziç deyib.

47 yaşlı mütəxəssis artıq çalışdırdığı “Omiçka” klubunun düşərgəsini tərk edərək, vətəninə yollanıb. Milli ilə birgə dünya çempionatının III təsnifat mərhələsinin hazırlıqlara başlayan Terziç final mərhələsinə yüksələcəyinə inanır.

Onun sözlərinə görə, yanvarın 3-5-də Bakıda keçiriləcək J qrupunda Azərbaycan, İsrail və Estoniya ilə görüşlərdə məqsədləri matçı maksimum tez başa vurmaqdır: “Amma oyunlar heç də asan olmayacaq. Düzdür, yarışa nisbətən asan – Estoniya ilə matçla başlayacağıq. Lakin mundiala vəsiqə verən qrup qalibinin adı Azərbaycan oyunda müəyyənləşməlidir. Komandamız kağız üzərində fovaritdir. Amma biz bilirik ki, onları öz meydanlarında məğlub etmək çox çətindir. Buna baxmayaraq, oyun səviyyəsi də var. Hesab edirik ki, onlarla qarşılaşmada bunu ortaya qoya biləcəyik”.

Qeyd edək ki, dünya çempionatının final mərhələsinə qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi yüksələcək.