Azərbaycan çempionu: Azərbaycan yığmasından güclüyük
25.12.2013 - 15:16
Azərbaycan çempionu: Azərbaycan yığmasından güclüyük
“Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin voleybolçusu Nataşa Krsmanoviç deyib.

“Rabitə” ilə 4 qat Azərbaycan çempionu olan blokçu dünya çempionatının III təsnifat mərhələsi öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Bakıda baş tutacaq J qrupunun oyunları heç də asan olmayacaq.

Krsmanoviçin sözlərinə görə, qrupdakı rəqiblərdən İsrail və Estoniya haqda o qədər də məlumatı yoxdur: “Əvəzində Azərbaycan millisinin öz meydanında nə dərəcədə təhlükəli olduğunu çox yaxşı bilirəm. Bu komandanın heyətində bir neçə çox yaxşı voleybolçu var. Onlarla oyunda bir qədər arxayınlaşsaq, rəqib bizi təəccübləndirə də bilər. Buna baxmayaraq, hesab edirəm ki, biz daha güclüyük və ümumilikdə heç bir problemimiz olmamalıdır”.

Qeyd edək ki, qarşılaşmalar yanvarın 3-5-də keçiriləcək.