3-cü cəhd
27.12.2013 - 10:28
3-cü cəhd
Dünya çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün daha bir yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komanda növbəti dəfə “Uraloçka”nı sınağa çəkəcək.

Rusiya təmsilçisi ilə qarşılaşmanın saat 17:00-da başlaması gözlənilir.

Qeyd edək ki, bundan öncə keçirilən hər 2 matçda yığmamız qələbə qazanıb.