Azərbaycan çempionundan yeni transfer
27.12.2013 - 14:20
“Rabitə” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək Azərbaycan çempionu amerikalı Tori Diksonla anlaşıb.
21 yaşlı blokçu ilə 2,5 illik razılıq əldə olunub. “Rabitə” 192 sm boya malik Diksonun karyerasında ilk peşəkar klub olacaq. O, bunadək “Minessota Universitet”inin komandasında çıxış edib.
“Rabitə”ni əsl voleybol ocağı sayan Dikson bildirib ki, müqavilə bağladığı komanda qitənin güclülərindəndir: “Yeni komandam ən yaxşı klublardan hesab olunur. Onlar bu il Avropanın ən nüfuzlu klub turnirinə də ev sahibliyi edəcək”.

0
0