2013-cü ilin ən yaxşı voleybolçusu məlum oldu - FOTO
27.12.2013 - 14:49
2013-cü ildə Azərbaycanın ən yaxşı voleybolçusunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizin “1 nömrəsi” adı millimizin aparıcı siması Odina Əliyevaya qismət olub.
Belə ki, “Azəryol”un 23 yaşlı oyunçusu “Voleybol dünyası”nın “facebook” sosial şəbəkəsində aparılan səsverməyə əsasən qalib elan olunub. İkinci yeri “Azərreyl”in perspektivli voleybolçusu Ayşən Əbdüləzimova tutub. İlk “üçlüyü” isə onun komanda yoldaşı Ceyran Əliyeva qapayıb.
Qeyd edək ki, Çempionlar Liqasında “Azəryol” qrupda qalsa da, Əliyeva komandanın ən yaxşısı olub. O, bombardirlər siyahısında 13-cü yer tutub.

0
0