Yığmamızın oyunu ertələndi
27.12.2013 - 15:30
Yığmamızın oyunu ertələndi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamızın Rusiyanın “Uraloçka” klubu ilə bu günə nəzərdə tutulan yoxlama görüşü baş tutmayacaq.

Dünya çempionatının seçmə mərhələsinə hazırlıq keçən komandamız əfsanəvi məşqçi Nikolay Karpolun yetirmələri ilə üçüncü oyununu sabah keçirməyə qərar verib. Bununla da qonaqlar Bakıdakı təlim-məşq toplanışını da yekunlaşdıracaqlar. Yekaterinburq təmsilçisi dekabrın 29-da isə doğma şəhərinə qayıdacaq.

Qeyd edək ki, artıq “Uraloçka” ilə 2 matçda qarşılaşaraq, qələbə qazanıblar.