Millimizin rəqibi Belarusa uduzdu
28.12.2013 - 09:58
Millimizin rəqibi Belarusa uduzdu
Dünya çempionatının III təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi olan Estoniya növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi Tallinndə ikinci dəfə Belarus yığması ilə qarşılaşıb.

İlk matçda sensasiyaya imza ataraq, 3:0 hesabı ilə qalib gələn estonlar bu dəfə eyni hesabla uduzublar – 0:3 (16:25, 18:25, 23:25).

Qeyd edək ki, komandalar bu gün də qarşılaşacaqlar.