“Azəryol”un baş məşqçisi rəsmən millidə!
28.12.2013 - 11:17
“Azəryol”un baş məşqçisi rəsmən millidə!
“Azəryol”un baş məşqçisi Ancelo Vercesinin daha bir təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis Bakı klubu ilə yanaşı, Xorvatiya millisini də çalışdıracaq.

Belə ki, Vercesi San-Pauluda Milad bayramını qeyd etdikdən sonra paytaxtımıza deyil, Zaqrebə qayıdıb. Burada isə yerli federasiyanın prezidenti Zdeslava Baraça ilə bir daha görüşən təcrübəli mütəxəssis Rovin şəhərinə yollanaraq, komandaya təqdim edilib. Böyük ümidlərlə yığmaya gətirilən Vercesinin qarşısına dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyulub.

Qeyd edək ki, xorvatların yer aldığı L qrupunun oyunları məhz Rovində olacaq. Burada onlar Fransa, Macarıstan və Hollandiya ilə münasibətinə aydınlıq gətirəcək.