Çempionlar Liqasının qalibinin Bakıya gələcəyi gün bilindi
28.12.2013 - 13:03
Çempionlar Liqasının qalibinin Bakıya gələcəyi gün bilindi
Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakının “İqtisadçı” klubu Türkiyənin "Vakıfbank" komandası ilə 1/6 final mərhələsinin ilk matçına yanvarın 16-da çıxacaq.

Paytaxtımızda Voleybol Mərkəzində Çempionlar Liqasının son qalibi ilə qarşılaşma saat 18:00-da başlayacaq. Cavab görüşü isə yanvarın 22-nə təsadüf edəcək.

Qeyd edək ki, İstanbulda Burhan Fələk Voleybol Salonunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:30-da veriləcək.