“Azəryol”un baş məşqçisi “Lokomotiv”dən oyunçu çağırdı
28.12.2013 - 15:02
Qadın voleybolçulardan ibarət Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, təyinatı yenicə rəsmiləşən baş məşqçi Ancelo Vercesi komandaya 14 oyunçu dəvət edib.
“Azəryol”u da çalışdıran braziliyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsi üçün müəyyənləşdirdiyi siyahıda Bakının “Lokomotiv” klubunun toppaylayıcısı Ana Qrbaça da yer verib.
Qeyd edək ki, Xorvatiya Hollandiya, Macarıstan və Fransa ilə L qrupunda yer alıb.

0
0