2 qələbənin ardınca heç-heçə
29.12.2013 - 09:38
2 qələbənin ardınca heç-heçə
Dünya çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda qonaq olan “Uraloçka” ilə güclərini yoxlayıblar.

İlk 2 görüşdə Rusiya təmsilçisinə qalib gələn komandamız bu dəfə heç-heçə oynayıb – 2:2. Bununla da “Uraloçka” Bakıdakı təlim-məşq toplanışını başa vurub. Şimal qonşularımız bu gün vətənlərinə qayıdacaqlar.