Yenə məğlubiyyət
29.12.2013 - 10:14
Yenə məğlubiyyət
Dünya çempionatının III təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi olan Estoniya növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi Tallinndə üçüncü dəfə Belarus yığması ilə üz-üzə gəlib.

Qarşılaşmada rəqibimiz 1:2 hesabı ilə uduzub. Bu, həmçinin onlar arasında ümumi matçlarında yekun hesabı olub. Belə ki, ilk görüşdə qalib gələn estonlar ardınca hər 2 qarşılaşmada məğlub olub.

Qeyd edək ki, qrupumuzda Estoniya ilə yanaşı, Serbiya və İsrail milliləri yer alıb.