Ancelo Vercesi “Azəryol”dakı taleyinə aydınlıq gətirdi
29.12.2013 - 10:29
“Mənim “Azəryol”dan getmək istəyim barədə xəbərlər düzgün deyil. Komandada işimi davam etdirirəm”. Bunu apasport.az saytına açıqlamasında “Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib.
Bakı təmsilçisi ilə gələcək taleyinə aydınlıq gətirən braziliyalı mütəxəssis bildirib ki, Xorvatiya millisini çalışdırmağa başlasa da, bu, müvəqqətidir və onlara yalnız yanvarın 3-5-də baş tutacaq oyunlarda köməklik edəcək: “Xorvatiya millisinə dünya çempionatının III təsnifat mərhələsində kömək edirəm. Qrup mərhələsi başa çatdıqdan sonra, yəni yanvarın 6-da Bakıda olacağam. “Azəryol”la mövsümün hazırlıqlarına davam edəcəm. Qeyd edim ki, mən bu komandada çox xoşbəxtəm. Çünki onlar mənə Xorvatiyada bu həftəni qalmaq sərbəstliyi verdilər”.
Qeyd edək ki, Xorvatiya Voleybol Federasiyası Vercesi ilə bağlı “Azəryol”la danışıqlara başlamaq istəyir. Onlar 46 yaşlı mütəxəssisin yalnız millini çalışdırmasında maraqlıdırlar.

0
0