Rəqibimiz rəqibimizlə bacarmadı
30.12.2013 - 10:15
Rəqibimiz rəqibimizlə bacarmadı
Dünya çempionatının III təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi olan İsrail yığması İtaliyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, öncə A2 seriyasının klubları ilə gücünü sınayan yəhudilər son yoxlama oyunda “Konegliano” ilə qarşılaşıblar.

Görüş “Azəryol”u Çempionlar Liqasından məhrum edən Trevizo təmsilçisinin qələbəsi ilə başa çatıb. Bakılılar kimi, israillilər də səfərdə “Konegliano” ilə bacarmayıblar – 3:0 (25:18, 25:17, 25:14).

Qeyd edək ki, seçmə mərhələnin oyunları yanvarın 3-5-də Bakıda olacaq. J qrupunda Azərbaycan və İsraillə yanaşı, Serbiya və Estoniya milliləri yer alıb.