Millimiz seçmə mərhələdə mübarizəyə başlayır
02.01.2014 - 17:35
Sabah qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi start götürür. Apasport.az saytının məlumatına görə, mundiala vəsiqəni Bakıda qazanmağı planlaşdıran milli komandamız ilk görüşünü İsrail voleybolçularına qarşı keçirəcək.
Ardınca Estoniya ilə üz-üzə gələcək Faiq Qarayevin yetirmələri son görüşdə qrupun ən güclüsü olan Serbiya millisi ilə qarşılaşacaqlar. Çox güman ki, növbəti mərhələyə birbaşa vəsiqənin sahibi də məhz son oyunda bilinəcək.
Yığmamızın da yer aldığı J qrupunun oyunları Voleybol Mərkəzində baş tutacaq.
Qeyd edək ki, 2014-cü il sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.
Artıq meydan sahibləri İtaliya, Avropa çempionatının finalçıları Rusiya ilə Almaniya, Asiya və Okeaniyanın 4 komandası – Yaponiya, Çin, Tailand, Qazaxıstan və Cənubi Amerikadan Braziliya milliləri artıq 24 komandanın mübarizə aparacağı dünya çempionatına vəsiqəni əldə edib.
3 yanvar
16:00. Serbiya – Estoniya
19:00. Azərbaycan – İsrail
4 yanvar
16:00. Serbiya – İsrail
19:00. Estoniya – Azərbaycan
5 yanvar
16:00. İsrail – Estoniya
19:00. Azərbaycan – Serbiya

0
0