Serbiya millisindən Bakıda gözlənilən qələbə
03.01.2014 - 17:19
Serbiya millisindən Bakıda gözlənilən qələbə
Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinin J qrupunda ilk görüş baş tutub. Apasport.az saytının məlumatına görə, Bakı Voleybol Mərkəzində keçirilən matçda qrupun favoriti Serbiya millisi Estoniya ilə qarşılaşıb və çətinlik çəkmədən qələbə qazanıb – 3:0 (25:21; 25:18; 25:15).

Qeyd edək ki, qrupun digər oyununda millimiz İsrail voleybolçularına qarşı mübarizə aparacaq. Bu qarşılaşma saat 19:00-da başlayacaq.