Sneyder: Püşkatmadan sonra Mourinyo ilə danışdıq və mənə dedi ki...
04.01.2014 - 04:45
Sneyder: Püşkatmadan sonra Mourinyo ilə danışdıq və mənə dedi ki...
“Qalatasaray”ın ulduz futbolçusu Uesley Sneyder Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri London “Çelsi”si ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray Dərgisi”nə danışan 29 yaşlı yarımmüdafiəçi ingilis klubunun baş məşqçisi Joze Mourinyonun onun üçün xüsusi biri olduğunu deyib:

“Mourinyo mənim üçün xüsusi biridir. Aramızda oyunçu-baş məşqçi əlaqəsindən daha çox münasibət var. Onunla birgə bütün kubokları qazandım. Amma meydana çıxanda onu məğlub etmək üçün əlimdən gələni edəcəm. Eyni zamanda, o da məni məğlub etmək üçün əlindən gələni edəcək. Bu normaldır. Yenə də, keçmiş xatirələrdən danışmaq, bir-birimizi qısa vaxtda olsa da, görmək əla olacaq. Onu məğlub etmək aramışdakı dostluğa təsir etməz. Püşkatmadan sonra Mourinyo ilə danışdıq və mənə dedi ki, “Ümid edirəm, İstanbuldakı matçda qar yağmaz”.

Qeyd edək ki, Hollandiya millisinin də üzvü olan Sneyder cari ilin yanvarında İtaliya “İnter”indən “Qalatasaray”a keçib. O, Milan klubunda çıxış edərkən Mourinyo ilə birgə çalışıb.