“Monako” rus klubundan futbolçu alır
04.01.2014 - 06:36
“Monako” rus klubundan futbolçu alır
Fransa təmsilçisi “Monako” “Anji”nin futbolçusu Lasina Traoreni heyətinə qatmaq istəyir. Apasport.az saytı “L’ equipe” istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar gedir.

Əgər bu bazarlıq müsbət nəticələnərsə, 23 yaşlı hücumçu karyerasını Fransa çempionatında davam etdirəcək. Fildişi sahilli forvart yaxın günlərdə açıqlama verərək bu iddiaları təsdiqləyib və “Monako” ilə 5 illik müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, Fildişi Sahili millisinin də üzvü olan Traore 2012-ci ildə Rusiyanın digər klubu “Kuban”dan “Anjiy”ə keçib. O, cari mövsüm Rusiya Premyer Liqasında 5 matça çıxıb və 1 qol, 1 qol ötürməsi ilə fərqlənib.