Millimiz Ketterinqdə darmadağın oldu
04.01.2014 - 10:36
20 yaşadək oğlan voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, cəmi 3 komandanın iştirakı ilə keçirilən mərhələ Azərbaycan yığması üçün uğursuz başlayıb.
İngiltərənin Ketterinq şəhərində baş tutan görüşdə Sillie Tabares Leonardonun çalışdırdığı millimiz Norveçlə üz-üzə gəlib. Matç komandamızın “quru hesablı” məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (15:25, 14:25, 15:25).
Qeyd edək ki, voleybolçularımız bu gün ev sahibləri ilə qarşılaşacaqlar. Məğlubiyyət isə komandamızın yarışı tərk etməsi ilə nəticələnəcək. Çünki 3 millidən 2-si mərhələ adlayacaq.

0
0