Ancelo Vercesi: Bunun üçün xoşbəxtəm
04.01.2014 - 12:45
Ancelo Vercesi: Bunun üçün xoşbəxtəm
“Azəryol”un baş məşqçisi Ancelo Vercesinin Xorvatiya millisində debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, bu yığmaya yalnız dünya çempionatının III təsnifat mərhələsində kömək edəcək braziliyalı mütəxəssis ilk matçındaca komandasına qələbə qazandırıb.

Belə ki, Macarıstanla qarşılaşan Xorvatiya rəqibinə heç bir şans verməyib – 3:0 (25:20, 25:10, 25:16). Görüşdən sonra oyunu şərh edən Vercesi bildirib ki, buna yalnız sevinə bilər: “Bu, mənim Xorvatiya millisində ilk matçım idi. Qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Qızlar hər 3 setdə konsentrasiyanı itirmədilər. Əlbəttə, bununla işimiz hələ bitməyib. Qarşıdakı görüşlərdə daha yaxşı oynamalıyıq”.

Qeyd edək ki, xorvatların yer aldığı L qrupundan Macarıstanla yanaşı, Fransa və Hollandiya yer alıb.