Əliyev Türkiyə - Ukrayna oyununu idarə edəcək
04.01.2014 - 14:06
Əliyev Türkiyə - Ukrayna oyununu idarə edəcək
Qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Ukrayna oyununu azərbaycanlı hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referimiz Eldar Əliyev Ankarada baş tutacaq görüşdə əsas söz sahibi olacaq.

Ona israilli Şlomo Brutman köməklik edəcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Əliyev 1 gün öncə Ankarada keçirilən I qrupunun Kipr – Türkiyə oyunda məhz Brutmanın köməkçisi olmuşdu.