Fasiləyə son
07.01.2014 - 14:33
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təxirə salınan oyunlarının keçirilmə günü və II dövrənin start vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi səbəbindən fasilə yaranan yarış yanvarın 10-dan etibarən davam edəcək.
Həmin gün 2 matç baş tutacaq. Ardınca yanvarın 13-də və 19-da daha 2 təxirə salınmış qarşılaşma oynanılacaq. II dövrə isə yanvarın 27-dən başlayacaq.
10 yanvar (V turun təxirə salınmış oyunları)
16:00. “Azərreyl” – “Rabitə”
18:00. “Lokomotiv” – “Azəryol”
13 yanvar (III turun təxirə salınmış oyunu)
17:00. “İqtisadçı” – “Rabitə”
19 yanvar (IV turun təxirə salınmış oyunu)
17:00. “Azəryol” – “İqtisadçı”
Qeyd edək ki, “İqtisadçı” – “Rabitə” oyununun yenidən təxirə salınması istisna deyil. Çünki “tələbələr” Çempionlar Liqasının pley-offunda çıxış etdiklərindən bu matçın başqa vaxta keçirilməsini istəyirlər.

0
0