Natalya Məmmədova üçün “sürpriz”
08.01.2014 - 16:45
Qadın voleybolçular arasında Rusiya Superliqasında X turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Azərreyl”in CEV kubokundakı rəqibi “Uraloçka” “Omiçka”nın qonağı olub.
Omskda baş tutan matç sensasiya ilə yadda qalib. Belə ki, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” gözlənilmədən azarkeşləri qarşısında məğlub olub - 1:3 (23:25, 18:25, 25:20, 17:25). Onlar bununla da 2-ci pillədəki yerini itiriblər. 20 xalı olan “Omiçka” 3-cü, onlardan 8 xal az toplayan “Uraloçka” isə 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, “Azərreyl”in CEV kubokunun 1/4 final mərhələsində “Uraloçka” ilə ilk görüşü yanvarın 15-də Bakıda olacaq.

0
0