Çempionlar Liqasının qalibi Bakı klubuna lazım olmadı
09.01.2014 - 12:20
Azərbaycan Super Liqasının gümüş mükafatçısı “İqtisadçı” 2 voleybolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I pley-off mərhələsinə hazırlaşan Bakı təmsilçisi çinli Kiuyue Vey və amerikalı Kim Vilouqbi ilə müqaviləni qarşılıqlı şəkildə pozub.
Düzdür, Veyin gedişi gözlənilən idi. Çünki argentinalı Romina Lamasın transferindən sonra komandada toppaylayıcıların sayı 3-ə çatmışdı ki, onlardan biri ilə yolların ayrılacağı planlaşdırılırdı. Baş məşqçi Bülənt Karslıoğlu da italiyalı Valentina Serenanı saxlamağı lazım bilərək, Asiya Çempionlar Liqasının 3 qat qalibi ilə vidalaşıb.
Pekin Olimpiadasının finalçısı Vilouqbi isə “İqtisadçı”da özünü yaxşı tərəfdən göstərə bilmədi. Bunun üçün də klub rəhbərliyi ehtiyatda gününü keçirən Ariel Uilsonun ardınca Kimə də ABŞ-a qayıtmağı “məsləhət görüb”.
Qeyd edək ki, hazırda Super Liqada ikinci pillədə qərarlaşan “İqtisadçı” Çempionlar Liqasının 1/6 finalında Türkiyənin “Vakıfbank” klubu ilə qarşılaşacaq.

0
0