27 gündən sonra Azərbaycan çempionu ilə davam
09.01.2014 - 15:15
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında istirahət başa çatacaq. Apasport.az saytının məlumatına görə, 27 günlük fasilədən sonra V turun təxirə salınmış oyunları keçiriləcək.
Voleybol Mərkəzində baş tutacaq turda öncə “Azərreyl” “Rabitə”ni sınağa çəkəcək. “Dəmiryolçular”ın güclü rəqibə qarşı inamlı oynadığını nəzərə alsaq, qarşılaşmanın gərgin keçəcəyi gözlənilir.
Lakin son Azərbaycan çempionunun yenə də 3 xal qazanacağı istisna deyil. Çünki ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqasında da qələbələri sıralayan Eldar Yusubovun komandası uğurunu davam etdirmək arzusundadır.
Bu görüşdən sonra meydan “Lokomotiv” və “Azəryol” klublarının ixtiyarına veriləcək. CEV kubokunun “Çelenc raund”unda qarşılaşmaq ehtimalı olan komandaların duelində ikincilər favoritdirlər.
Amma hazırda yaxşı heyət formalaşdıran “Lokomotiv”in də qələbə qazanması sensasiya kimi qəbul edilməyəcək. Çünki Kladio Kuellonun yetirmələri avrokubokdakı uğuru Super Liqada da davam etdirməyi hədəfləyiblər. Bu səbəbdən də görüşün tay-brekə kimi uzanması da proqnozlaşdırılır.
10 yanvar
V turun təxirə salınmış oyunları
16:00. “Azərreyl” – “Rabitə”
18:00. “Lokomotiv” – “Azəryol”

Rabitə | 3 | 3 | 0 | 9-1 | 253-195 | 9 |
İqtisadçı | 3 | 3 | 0 | 9-3 | 280-242 | 8 |
Azəryol | 3 | 2 | 1 | 7-6 | 286-295 | 5 |
Azərreyl | 4 | 1 | 3 | 7-9 | 356-362 | 5 |
Lokomotiv | 4 | 1 | 3 | 5-9 | 275-321 | 4 |
Telekom | 5 | 1 | 4 | 5-14 | 392-427 | 2 |
0
0