Semih: Vaxtında “Fənərbaxça”nı tərk etmədiyim üçün çox peşmanam
10.01.2014 - 01:44
“Fənərbaxça”dan ayrılan və “Antalyaspor”la il yarımlıq (1.5) müqavilə imzalayan məşhur türkiyəli hücumçu Semih Şəntürk karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 30 yaşlı futbolçu vaxtında “sarı-lacivərdli” klubdan ayrılmadığı üçün çox peşman olduğunu deyib:
“Çalışacağam ki, çempionatın ilk matçında tam hazır olum. 15 ilimi verdiyim klubdan ayrılmaq çətin oldu. Məşqçilər korpusu və klub idarəçiləri ilə vidalaşdım. Aramızda incikliklər oldu. Mən də bəzi səhvlər etdim. 2008-ci ildəki Avropa çempionatından sonra mənə çoxlu transfer təklifləri gəldi. Həmin vaxt 3-4 xarici klubdan da ciddi təkliflər var idi. Ən böyük peşmanlığım bu təklifləri dəyərləndirməmək oldu”.
Qeyd edək ki, çoxdandır əsas heyətdə şans verilməyən Semih cari mövsümün əvvəlində “Fənərbaxça”nın əvəzedici komandasına göndərilmişdi.

0
0