“Rabitə”dən asan, “Azəryol”dan çətin qələbə
10.01.2014 - 19:55
“Rabitə”dən asan, “Azəryol”dan çətin qələbə
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranan fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, 27 günlük “istirahət”dən sonra V turun təxirə salınmış oyunları keçirilib.

Voleybol Mərkəzində təşkil olunan ilin ilk oyununda “Azərreyl” “Rabitə” ilə üz-üzə gəlib. “Dəmiryolçular” güclü rəqibə qarşı yalnız ilk setdə müqavimət göstərə bilib.

Lakin son Azərbaycan çempionunun növbəti 2 setdə çətinlik çəkmədən qələbə qazanaraq növbəti 3 xalı qazanıb. Bununla da ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqasında da qələbələri sıralayan Eldar Yusubovun komandası uğurunu davam etdirib.

Bu görüşdən sonra meydan “Lokomotiv” və “Azəryol” klublarının ixtiyarına verilib. CEV kubokunun “Çelenc raund”unda qarşılaşmaq ehtimalı olan komandaların dueli gərgin mübarizə şəraitində keçib.

Hazırda yaxşı heyət formalaşdıran “Lokomotiv”in qələbə qazanması inandırıcı görünməsə də, “dəmiryolçular” rəqibini təəccübləndirə bilib. Kladio Kuellonun yetirmələri ilk setdəki yenilgidən sonra toparlanaraq hesabda tarazlıq yaratmağa müvəffəq olub. 4-cü setdə qalib gəlib 2-ci dəfə bərabərlik əldə etməyə yaxın olan “Lokomotiv” hissənin gedişində qazandığı üstünlüyü əldən verib. “Azəryol” isə çətinliklə də olsa matçı qələbəyə daşıyıb.


10 yanvar
V turun təxirə salınmış oyunları

“Azərreyl” – “Rabitə” - 0:3 (27:29; 12:25; 15:25)
“Lokomotiv” – “Azəryol” - 1:3 (21:25; 25:22; 21:25; 21:25)

Rabitə
4
4
0
12-1
332-251
12
İqtisadçı
3
3
0
9-3
280-242
8
Azəryol
4
3
1
10-7
383-383
8
Azərreyl
5
1
4
7-12
410-441
5
Lokomotiv
5
1
4
6-12
363-418
4
Telekom
5
1
4
5-14
392-427
2