Azərbaycan çempionunun ən yaxşısı bilindi - FOTO
10.01.2014 - 17:40
Azərbaycan çempionunun ən yaxşısı bilindi - FOTO
Azərbaycan Super Liqasının V turdan təxirə salınmış “Azərreyl” – “Rabitə” görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz ölkə çempionunun 3:0 hesabı ilə qalib gəldiyi matçın bombardiri Reyçel Rurk olub.

“Rabitə”nin avstraliyalı legioneri komandasının aktivinə 14 xal yazıb. Eldar Yusubovun digər yetirmələrindən Aurea Kruzla Katarjina Skovronska hərəyə 10, Nataşa Krsmanoviç 7, Kersti Cekson 5, Britni Kuper 4, Katarjina Skorupa 3, Nutsara Tomkom 2 və Dora Horvat 1 xal toplayıb.

“Azərreyl”də Anastasiya Qurbanova məhsuldarlıq nümayiş etdirib. Yığmamızda da artıq öz oyununu tapan milliləşdirilmiş legioner “dəmiryolçular”a 13 xal töhfə verib. “Azərreyl”in digər voleybolçularına gəlincə, Dusanka Kariç 10, Yunieska Robleslə Qvendolin Ruker hərəyə 4, Yekaterina Jidkova ilə Lora Kitipova hərəyə 3 və Ayşən Abduləzimova 2 dəqiq zərbəyə sevinib.