Rəqibimiz məğlubiyyətsiz oyunlar seriyasını 70-ci çatdırdı
13.01.2014 - 09:13
Rəqibimiz məğlubiyyətsiz oyunlar seriyasını 70-ci çatdırdı
Qadın voleybolçular arasında Türkiyə Superliqasında II dövrənin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, XII tur çərçivəsində Çempionlar Liqasının 1/6 final mərhələsində “İqtisadçı”nın rəqibi “Vakıfbank” “Çanakkale Belediyye”sinin qonağı olub.

Görüş İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:20, 25:11, 25:14). Bununla da “Vakıfbank” məğlubiyyətsiz oyunlar seriyasını 70-ə çatdırıb.

Hazırda aktivində 36 xalı olan rəqibimiz Superliqada da liderliyini davam etdirir. Onlar ən yaxşın izləyiciləri “Fənərbaxça”nı 4 xal qabaqlayırlar.

Qeyd edək ki, “İqtisadçı” – “Vakıfbank” görüşü yanvarın 16-da olacaq.