Yığmamızın hücumçusu hamıdan öndə
13.01.2014 - 09:21
Qadın voleybolçular arasında Rusiya Superliqasında XI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Krasnodar “Dinamo”sunu qəbul edib.
Bir tur öncə evdə “Uraloçka”ya uduzan Omsk təmsilçisi qisasını krasnodarlılardan alıb. Belə ki, “Omiçka” rəqibinə bir set belə güzəştə getməyib - 3:0 (25:16, 25:18, 30:28). Məmmədova isə qarşılaşmanın ən yaxşısı olub. O, görüşdə 19 xal toplayaraq, matçın bombardiri adına yiyələnib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran “Omiçka” yenidən 2-ci yerə yüksəlib.

0
0