Bakı klubları üçün isveçli və polşalı
13.01.2014 - 12:25
Bakı klubları üçün isveçli və polşalı
Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Polşada “Bank Fakro” – “Lokomotiv” matçını Martin Stenbokla (İsveç) Monika Ujhaziyə (Macaristan) etibar edib.

Yanvarın 15-də Bakıda keçiriləcək “Azərreyl” – “Uraloçka” (Rusiya) qarşılaşmasında əsas söz sahibi polşalı Marek Laqierski olacaq. Ona köməkliyi isə Tiran Şaino (İsrail) edəcək.