1/4 final: Biri səfərdə, digəri evdə başlayır
13.01.2014 - 16:40
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mərhələyə kimi irəliləyən Bakı klublarından biri ilk oyununu səfərdə, digəri doğma divarlar arasında keçirəcək.
Komandalarımızdan mübarizəyə öncə “Lokomotiv” qoşulacaq. “Dəmiryolçular”ı səfərdə ciddi sınaq gözləyir desək, yanılmarıq. Çünki Kladio Kuellonun yetirmələri Polşada “Bank Fakro”nun qonağı olacaqlar.
Düzdür, ötən mövsüm Çempionlar Liqasında üz-üzə gələn komandaların hər 2 oyunundan “Lokomotiv” qalıb ayrılıb – 3:1, 3:2. Amma bu dəfə heyətini daha da gücləndirən “Bank Fakro” revanş arzusundadır. Onlar ən azından məğlubiyyətlərin birinin qisasını çıxmağı hədəfləyiblər.
Lakin Bakı təmsilçisi də səfərə uduzmaq üçün getməyib. Çünki rəqibi kimi yeni heyət formalaşdıran komanda avrokubokda qələbə seriyasını davam etdirmək istəyindədir. Bunun üçün də matçın gərgin keçəcəyi və ilk görüşün tay-brekə kimi uzanacağı da istisna deyil.
Onlarla müqayisədə “Azərreyl” ilk görüşdə ciddi çətinlik çəkməli deyil. Çünki Voleybol Mərkəzində əvvəlki nüfuzunu itirən “Uraloçka”nı qəbul edəcək Aleksandr Çervyakovun yetirmələri qələbə qazanmaq gücündədir. Rusiyalıların az öncə ölkəmizdə təlim-məşq toplanışı keçməsi də xeyrimizə olan amildir.
“Azərreyl” həm də mərhələ keçməklə öz gücünü bir daha ortaya qoyacaq. Çünki yığmamızın bazası hesab olunan komanda şimal qonşularımızın ortabab klubunu Bakıdan məğlub yola salmağı planlaşdırır. Əksinə, voleybolçularımız paytaxtda qalib gələ bilməsələr, səfərdə revanş alıb mərhələ keçmək asan olmayacaq.
CEV kuboku
1/4 final, ilk oyunlar
14 yanvar
21:00. “Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Martin Stenbok (İsveç), Monika Ujhaziyə (Macaristan)
Muşina, Muşinyanka İdman Sarayı
15 yanvar
18:00. “Azərreyl” (Azərbaycan) – “Uraloçka” (Rusiya)
Hakimlər: Marek Laqierski (Polşa), Tiran Şaino (İsrail)
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü yeri tutaraq, CEV kubokuna enən “Azəryol” yarışa növbəti – “Chelenc raund”dan qoşulacaq. Bakı təmsilçisi bu mərhələdə “Bank Fakro” – “Lokomotiv” cütünün qalibini gözləyir.

0
0