Azərbaycan çempionu Ramosun keçidini həll etdi
14.01.2014 - 09:32
Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək “Rabitə” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu növbəti bombasını partladıb. Bakı təmsilçisi bu dəfə Kuba millisinin voleybolçusu Rozanna Giel Ramosu rənglərinə bağlayıblar.
Blokçu olan Ramos 1992-ci il təvəllüdlüdür və 187 sm boya malikdir. Kubada son illərin ən perspektivli oyunçusu kimi baxılan orta sahə oyunçusu 320 sm hücum, 315 sm blok yüksəkliyinə malikdir. 2009-cu ildən gənclər millisində oynayan Rozanna 2 il sonra əsas yığmasının şərəfini qorumağa başlayıb. Kubanın “Cieqo de Avila” klubundan transfer olunan Ramos millisi ilə Panamerika, “Volley Masters” və Qran-prinin gümüş medalına sahib olub.
Həmçinin, kubalı Yoana Palasio Mendosa da kluba baxışa dəvət olunub. Ramosla müqayisədə daha təcrübəli olan oyunçu hücumda adından söz etdirməyi bacarır. Son komandası yerli “Cuidad Habana” olan 24 yaşlı voleybolçu artıq 2009-2012-ci illərdə yığmasının formasını geyinib. 187 sm boya malik Yoana “Volley Masters”in finalçısı və bürünc mükafatçısıdır. Eyni uğuru Panamerika Oyunlarında da təkrarlayan voleybolçu Qran-pri turnirində də fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, bu mövsümdən perspektivli gəncləri kluba cəlb edən “Rabitə” həm də gələcəyin komandasını qurmağı hədəfləyib.

0
0