“Lokomotiv”də fərqlənənlər
15.01.2014 - 09:39
Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsində “Bank Fakro” (Polşa) – “Lokomotiv” (Azərbaycan) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Muşinada baş tutan ilk qarşılaşmanın bombardiri Aleksandra Yaqielo olub.
O, Bakı təmsilçisindən 15 xal almağı bacarıb. Kladio Kuellonun komandasında isə Aleksis Krimes daha məhsuldar olub. Amerikalı legionerimiz “Lokomotiv”ə 11 xal qazandırıb. Digər voleybolçularımıza gəlincə, Katarina Barun 10, Tereza Matuşkova Rossi ilə Lauren Gibbemeyer hərəyə 7, Aleksandra Samolyova 5, Valdone Petrauskayte 3 və Milena Radeçka 1 dəqiq zərbə vurub.
Qeyd edək ki, qarşılaşma 3:0 hesabı ilə rəqibin xeyrinə bitib. Cavab matçı isə gələn həftə Bakıda olacaq.

0
0