“Qalatasaray” Fransadan məğlub qayıdır
15.01.2014 - 09:58
“Qalatasaray” Fransadan məğlub qayıdır
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, I pley-off mərhələsinin ilk oyun günündə “Kann” (Fransa) “Qalatasaray”la (Türkiyə) üz-üzə gəlib.

Matç ev sahiblərinin 3:1 (25:17, 25:21, 25:27, 25:23) hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı gələn həftə İstanbulda olacaq.

Qeyd edək ki, bu cütün qalibi “İqtisadçı” (Azərbaycan) – “Vakıfbank” (Türkiyə) duelinin güclüsü ilə oynayacaq. Bakı təmsilçisi ilk matçına sabah çıxacaq.