Azərbaycan millisi Bakıya qayıtdı
16.07.2022 - 14:23
Azərbaycan millisi Bakıya qayıtdı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

Apasport.az saytı xəbər verir ki, iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

Millimiz səfər çərçivəsində yerli yığma ilə də üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb. Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan yığmamız təlim-məşq toplanışının son mərhələsini Bakıda davam etdirəcək.

Komandamız ilk rəsmi matçını avqustun 3-də Bakıda AVRO-2023-ün təsnifat mərhələsində Danimarkaya qarşı keçirəcək.

0