Millimizin AVRO-2023-dəki rəqibləri müəyyənləşdi
16.11.2022 - 20:46
Millimizin AVRO-2023-dəki rəqibləri müəyyənləşdi

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 33-cü qitə çempionatında mübarizə aparacaq 24 yığma hərəsində 6 komanda olmaqla 4 qrupa bölünüb.

Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə qəbul edəcəyi turnirdə qüvvəsini sınayacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Eldar Yusubovun yetirmələri C qrupunda mübarizə aparacaq.

2023-cü il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək çempionatda millimizin qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çexiya, İsveç, Yunanıstan olacaq.  Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

Qeyd edək ki, 2005-ci ildən Avropa çempionatlarının final mərhələlərinin daimi iştirakçısına çevrilən Azərbaycan yığması ardıcıl 10-cu dəfə yarışa qatılacaq. Millimiz iki dəfə - 2005-ci və 2017-ci illərdə yarımfinala qədər irəliləyərək Avropanın dördüncüsü olub.

0
DİGƏR XƏBƏRLƏR
Loading...