Ölkə çempionatında növbəti oyunlar KEÇİRİLİB
09.04.2024 - 23:12
Ölkə çempionatında növbəti oyunlar KEÇİRİLİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Yüksək Liqada XX turun üç matçı baş tutub.

GİN-nin Voleybol Mərkəzində keçiriləcək günün ilk oyununda “Abşeron”la “Azərreyl” qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Lider 1:3 hesabı ilə uduzub.

Turu məğlubiyyətlə başa vuran “Murov Az Terminal” 3-cü pilləyə enib. Komanda gözlənilmədən “Gəncə”yə uduzub. İlk seti qələbə ilə başa vuran ev sahibləri, sonradan üstünlüyü əldən veriblər. Son set xüsusilə gərgin alınıb. 60 xalın oynanıldığı seti gəncəlilər uğurla başa vurublar.

“Milli Aviasiya Akademiyası” isə UNEC-dən güclü olub.

Yüksək Liqa (qadınlar)
XX tur

9 aprel
15:00. “Abşeron” – “Azərreyl” - 3:1 (22:25, 25:19, 25:13, 25:20)

GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” – “Gəncə” - 1:3 (25:17, 19:25, 22:25, 29:31)
GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” – UNEC - 3:0 (25:12, 25:10, 25:18)
UNEC-in idman zalı

0