Sabah Azərbaycanda keçirilən “Caspian Cup” ənənəvi beynəlxalq turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə təşkil olunan turnir 1 həftə davam edəcək.
Bu dəfə 12 yığmanın qatılacağı yarışa 10 ölkədən olan qonaq komandalar dəvət alıb. 17 yaşadək futbolçulara arasında keçirilən yarışda ölkəmiz 2 komanda ilə təmsil olunacaq. Belə ki, U-17 ilə yanaşı, U-16-da özündən böyüklərlə mübarizədə qüvvəsini sınayacaq. Turniri matçları
Bayıl stadionu, “Dalğa Arena” və Sumqayıtda keçiriləcək.
Qeyd edək ki, 2011 və 2013-cü illərdə Türkiyə, 2012-də isə Gürcüstan yarışın qalibi olub.
Qrupların tərkibi
A qrupu: Azərbaycan U-17, Əfqanıstan, Bolqarıstan
B qrupu: Azərbaycan U-16, Qırğızıstan, İran
C qrupu: Yaponiya, Gürcüstan, Tacikistan
D qrupu: Türkiyə, Özbəkistan, Qazaxıstan
Oyunların təqvimi
29 may
16:30. Yaponiya - Tacikistan. Sumqayıt
18:00. İran - Qırğızıstan. Dalğa Arena
20:00. Türkiyə - Qazaxıstan. Sumqayıt
21:00. Azərbaycan U-17 - Bolqarıstan. Dalğa Arena
30 may
16:30. Tacikistan - Gürcüstan. Sumqayıt
18:00. Bolqarıstan - Əfqanıstan.Dalğa Arena
20:00. Qazaxıstan - Özbəkistan. Sumqayıt
21:00. Azərbaycan U-16 - İran. Dalğa Arena
1 iyun
16:30. Türkiyə - Özbəkistan. Sumqayıt
18:00. Gürcüstan - Yaponiya. Dalğa Arena
20:00. Azərbaycan U-17 - Əfqanıstan. Sumqayıt
21:00. Azərbaycan U-16 - Qırğızıstan. Dalğa Arena
2 iyun
17:00. 2A - 2B. Dalğa Arena
17:00. 2C - 2D. Bayıl stadionu
20:00. 3A - 3B. Dalğa Arena
20:00. 3C - 3D. Bayıl stadionu
3 iyun
17:00. 1A - 1B. Bayıl stadionu
20:00. 1C - 1D. Bayıl stadionu
4 iyun
17:00. 2A-2B məğlub - 2C-2D məğlub. Dalğa Arena
17:00. 2A-2B qalib - 2C-D qalib. Bayıl stadionu
20:00. 3A-3B məğlub - 3C-3D məğlub. Dalğa Arena
20:00. 3A - 3B qalib - 3C-3D qalib. Bayıl stadionu
5 iyun
16:30. 3-cü yer uğrunda oyun. Bayıl stadionu
20:00. Final. Bayıl stadionu
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO