Qadın voleybolçular arasında Rusiya Superliqasında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Fakel”in qonağı olub.
Qarşılaşma Omsk təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:1 (25:19, 19:25, 25:20, 25:23). Məmmədova görüşdə 17 xal toplayıb.
Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nda “Rabitə”nin rəqibi Kazan “Dinamo”su da turu qalib kimi başa vurub. Onlar səfərdə “Zariçye-Odintsova”nı meydana çıxmağa peşman ediblər – 3:0 (25:17, 25:17, 25:14).
Beləliklə, XIV turdan sonra “Dinamo” yenə birinci (38 xal), “Omiçka” (32) isə ikinci yeri tutur.