“Azərbaycan millisinin qələbəsi böyük sürpriz oldu”
26.09.2014 - 15:37
“Azərbaycan millisinin qələbəsi böyük sürpriz oldu”

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında Azərbaycan millisinin Yaponiyanı məğlub etməsi hələ də müzakirə olunur. Apasport.az saytının məlumatına görə, komandamızın 3:2 hesablı qələbəsinə Tokio televiziyasının reportyoru Yuriko tam fərqli formada yanaşıb.

 

Yaponiyanın 1964-cü ildə Olimpiya çempionu olmasından sonra ölkədə voleybolun din kimi qəbulunu vurğulayan həmkarımız bildirib ki, Azərbaycana məğlubiyyət komandalarına əlavə stimul olub: “Biz heç vaxt asan təslim olmamışıq. Amma Azərbaycan millisinin qələbəsi böyük sürpriz oldu. Buna baxmayaraq, komandamız təslim olmayacaq. Çempion olmaq üçün hər şey edəcəyik. Azərbaycana məğlubiyyət bizə yenindən başlamaq, yenidən diqqətimizi toplamaq imkanı yaratdı”.

 

Qeyd edək ki, mundialın ilk turunda Azərbaycana uduzan Yaponiya ardınca Belçika və Kubaya qalib gəlib.