“Azərbaycan millisi ilə görüş komandamız üçün pis keçmədi. Lakin rəqib təcrübəsi hesabına qalib gəldi”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan millisinin voleybolçusu Georgia Lamprousi deyib.
21 yaşlı bloçku Avro-2015-in II təsnifat mərhələsində Azərbaycan millisi ilə oyun barədə danışıb. O bildirib ki, çətin keçən matçda bacardıqları oyunu göstərə biliblər: “İlk setdən sonra yaxşı oyun göstərdik. Lakin ikinci hissəni öndə olmağımıza baxmayaraq, uduzduq. Ardınca da bütün gücümüzü meydanda qoyduq. Təəssüf ki, yekunda məğlubiyyətdən qaça bilmədik. Buna baxmayaraq, bu gün Portuqaliya millisi üzərində ilk qələbəmizi qazanmağa çalışacağıq”.
Qeyd edək ki, yığmamız yunanlara 3:1 hesabı ilə qalib gəlib.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO