“Azərbaycan yığmasını yenən Portuqaliya bizə hədiyyə etdi”
23.05.2014 - 10:53
“Azərbaycan yığmasını yenən Portuqaliya bizə hədiyyə etdi”

“Biz meydanda yeni baş məşqçimiz Vladimir Kuzyutkinin verdiyi bütün tapşırıqları yerinə yetirdik. Onun üçün ən vacib olanı meydandakı nizam-intizamdır”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin voleybolçusu Straşimira Filipova deyib.

 

Komandasının lideri Avro-2015-in II təsnifat mərhələsinin ilk turunu şərh edib. Azərbaycan millisinin rəqibi Yunanıstana 3:0 hesabı ilə qalib gəlmələrindən danışaraq, voleybolçularımızın onlar üçün “hədiyyə”sindən məmnunluğunu ifadə edib: “Azərbaycan millisini yenən Portuqaliya bizə hədiyyə etdi. Düşünürəm ki, bu üzdən biz də həmin rəqibə ciddi yanaşmalıyıq. Çünki qarşıdakı matçımız onlarladır. Məncə, turnirdə qələbə qazanmaq istəyiriksə, yunanlara qarşı oynadığımız kimi çıxış etməliyik”.

 

Qeyd edək ki, yığmamız Portuqaliyaya 2:3 hesabı ilə uduzub.