“Azərbaycanda karyeramda yeni səhifə açılacaq”
16.05.2014 - 14:13
“Azərbaycanda karyeramda yeni səhifə açılacaq”

“Mən Bakı klubu ilə müqavilə bağladığım üçün çox xoşbəxtəm. Bununla da mənim karyeramda yeni səhifə açılacağına inanıram”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni transferi Evangeliya Çantava deyib.

 

Yunanıstan yığmasının 24 yaşlı kapitanı yeni klubu haqda fikirlərini açıqlayıb. O bildirib ki, komandasını yeni ildə heç də asan mübarizə gözləmir: “Komandamız Azərbaycan Super Liqası ilə yanaşı, CEV kubokunda gücünü yoxlayacaq. İndidən oyunların ağır və gərgin keçəcəyini söyləmək olar. Lakin bizi ağır mövsümün gözləməsinə baxmayaraq, üzərimizə düşən işin öhdəsindən gələcəyinə ümid edirəm”.